Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.
“İki sahil” xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.
Bununla da qəza nəticəsində ölənlərin sayı 24-ə yüksəlib. Hazırda 4 nəfər itkin düşmüş hesab olunur.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olanlardan 239 nəfər xilas olunub.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib