30 iyun 2026 16:39
98

Lukaşenkonun kiçik oğlu Pekin Universitetinin məzunu olub

Belarus Prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolay Lukaşenko Pekin Universitetinin məzunu olub.

“İki sahil” xəbər verir ki, bu barədə məzunların diplomvermə mərasimindən görüntüləri "Pul Pervogo" teleqram kanalı paylaşıb.

Belarus dövlət başçısı Çinə işgüzar səfəri çərçivəsində Pekin Universitetini ziyarət edib və təhsil ocağının rəhbərliyi ilə görüş keçirib.

Pekin Universiteti ilə Belarus Dövlət Universiteti (BDU) arasında aktiv əməkdaşlıq mövcuddur və tərəflər "biotexnologiya" ixtisası üzrə birgə təhsil proqramı həyata keçirirlər. Nikolay Lukaşenko da məhz bu ilk birgə proqramın məzunlarından biri olub.

Mərasimdə çıxış edən Aleksandr Lukaşenko gənc mütəxəssislərin elmi yolunun məhz bu sahədən başlamasından məmnunluğunu ifadə edib: "Bu gün çox şadam ki, təkcə mənim oğlumun deyil, həm də burada olan bu gənclərin, o cümlədən hazırda Belarusda olan daha 20 nəfərin yolu məhz biologiya elmindən başlayır."