Monakoda baş vermiş partlayışda şübhəli bilinən şəxsin knyazlığı tərk edərək Fransaya tərəf qaçdığı ehtimal olunur.
“İki sahil” xəbər verir ki, bu barədə Monakonun dövlət naziri Kristof Mirman keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir Monako və Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşlığının vacibliyini vurğulayıb və bildirib ki, şübhəli şəxsin axtarışı Parisin birbaşa dəstəyi ilə həyata keçirilir.
"BFMTV" telekanalının məlumatına görə, təhqiqata Fransa cinayət-axtarış şöbəsinin 15-ə yaxın əməkdaşı cəlb olunub.
Müşahidə kameralarının qeydlərinə əsasən, şübhəli şəxs hadisə yerindən piyada uzaqlaşıb. O, iyunun 29-u axşam saatlarında çox mənzilli binanı tərk edərkən idman çantasını orada qoyub.