Venesuelada baş verən zəlzələdən 6,76 milyon insan zərər çəkə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının ilkin hesablamalarında bildirilir.
Qeyd olunur ki, bunlar əhali məlumatlarının təhlili və dağıntıların miqyasına əsaslanan ilkin hesablamalardır. Mətndə deyilir ki, təkcə paytaxt Karakasda zəlzələlər 2 milyona qədər insana təsir göstərib.
Qeyd edək ki, iyunun 24-də axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yaracuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Zəlzələdən sonra 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada 1400-dən çox insan ölüb, 3200-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb
Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir