İran nüvə texnologiyalarında inkişaf etmiş ölkələrlə eyni səviyyədədir.
“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami bildirib.
"İran nüvə elmləri və texnologiyaları sahəsində yerli biliyə və daxili mütəxəssislərin gücünə arxalanaraq, inkişaf etmiş ölkələrlə eyni səviyyədə bir mövqeyə nail olub", - o deyib.
M.İslami vurğulayıb ki, İran ölkə sənayesinin ehtiyac duyduğu avadanlıq və sistemləri layihələndirməyə, istehsal etməyə və dəstəkləməyə qadirdir.
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb
Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanılıb