27 iyun 2026 08:17
96

İran ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib

İran Vaşinqtonun hücumlarından sonra ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib.

“İki sahil” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib.

"Təcavüzə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri ABŞ terrorçu ordusunun bölgədəki yerləşmə məntəqələrinə zərbələr endirib", - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.

Daha sonra ABŞ vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Vaşinqton anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa güclə cavab vermək niyyətindədir.