Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşların itkin düşməsu barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib.
Qeyd edək ki, axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib