16 oktyabr 2026 16:47
204

YAP-ın VIII Qurultayı gələcək fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdir

Oktyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “İ.Qayıbov küçəsi 17”, “Atakişili kənd 2” , “Vaqif küçəsi 13” ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş növbəti tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, ərazi partiya təşkilatlarının sədrləri və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mövqeyindən, dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, partiyanın VIII Qurultayı gələcək fəaliyyətin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, yeni hədəflərin qarşıya qoyulması və təşkilati işin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, qurultayda müəyyənləşdirilən vəzifələrin uğurla icrası üçün ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlərin təşəbbüskarlığının artırılmasının və ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

Çıxış edənlər ərazi partiya təşkilatının sədri Sahib Qədirli bildirib ki, partiyanın qarşıya qoyduğu məqsədlərin uğurla həyata keçirilməsi ərazi partiya təşkilatlarının fəallığından, üzvlərin məsuliyyətindən və təşkilati işin səmərəli qurulmasından bilavasitə asılıdır. O, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsi, əhali ilə əlaqələrin gücləndirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və dövlət siyasətinin əsas istiqamətlərinin ictimaiyyətə düzgün çatdırılmasının əhəmiyyətini qeyd ediblər.

Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.