25 iyun 2026 16:23
108

Çimərlik təhlükəsizliyində əsas hədəf risklərin əvvəlcədən qarşısının alınmasıdır

Akşin Əlili: Su təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması uzunmüddətli strateji məqsədlərdən biridir

Gələcək dövrdə çimərlik təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunması üçün əsas məqsəd yalnız baş vermiş hadisələrə operativ reaksiya vermək deyil, eyni zamanda riskləri qabaqcadan müəyyən edərək onların qarşısını almaqdır.

Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili “İki sahil”ə özəl müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır və təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsinə xidmət edir.

Akşin Əlili qeyd edib ki, uzunmüddətli perspektivdə əsas strateji məqsədlərdən biri cəmiyyətdə su təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasıdır. Bu məqsədlə məktəblərdə ilkin xilasetmə bacarıqlarının tədrisinin genişləndirilməsi də vacib hesab olunur.

FHN rəsmisi vurğulayıb ki, təcrübə göstərir ki, suda boğulma hallarının azaldılmasında texniki imkanlarla yanaşı, insanların təhlükəsizlik qaydalarına əməl etməsi həlledici rol oynayır.

Yaqut Ağaşahqızı, “İki sahil”