Venesuelanın şimalında yerləşən La Quayra ştatında baş verən güclü zəlzələ nəticəsində səkkizmərtəbəli "Hotel Eduard’s" oteli tamamilə uçub.
“İki sahil” xəbər verir ki, bu barədə "ABC News" telekanalı hadisə anının video görüntülərinə istinadla məlumat yayıb.
Məlumata görə, 106 otaqdan ibarət olan otel binası Makuto şəhərinin sahilyanı zonasında, beynəlxalq hava limanının yaxınlığında yerləşirdi.
Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes zəlzələdən ən çox zərər çəkən bölgənin məhz La Quayra ştatı olduğunu bildirib. O qeyd edib ki, ştat üzrə ümumi tələfat və xəsarət alanların dəqiq sayı hələlik məlum deyil: "La Quayradakı vəziyyət əsl faciədir. Onlarla bina uçub. Hazırda çox ağır xilasetmə əməliyyatları həyata keçirilir. Biz mümkün qədər çox insan həyatını xilas etməyə çalışırıq."
Suriya və Dünya Bankı ölkənin bərpası üçün fond yaratmaq barədə razılığa gəliblər
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - VİDEO
Zelenski: Ukrayna və ABŞ müharibəyə son qoymaq üçün yeni diplomatik addımlar hazırlayır