IX sinif üzrə buraxılış imtahanlarında yüksək nəticə göstərən paytaxt məktəbliləri təhsillərini yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən məktəblərdə davam etdirəcəklər. “İki sahil” xəbər verir ki, maksimum nəticə göstərən və yüksək bal toplayan şagirdlərin bu seçimi yeni təmayül tədris modelinin etibarlı və perspektivli olduğunu nümayiş etdirir.
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.
Qeyd edək ki, yeni təmayül tədris modeli növbəti dərs ilindən Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsini əhatə edəcək. Yeni təmayül tədris modelində iştirak etmək istəyən X və XI sinif şagirdləri və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.
Şagirdlər üçün qeydiyyat:
https://anket.edu.az/user/321
Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLScbzg-UGJSydggPrLl4Eo1shd-FeVCrkLVrWaY9zA8ZIGuiFw/viewform?usp=header
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib