Şahbuz rayonunun Badamlı-Şada kəndi istiqamətində baş vermiş sel hadisəsi nəticəsində qaz xətti qırılıb.
“İki sahil” xəbər verir ki, hadisə ilə əlaqədar bu gün saat 17:15-dən etibarən rayonun Badamlı və Şada kəndlərinin, həmçinin Badamlı qəsəbəsinin qaz təchizatı dayandırılıb.
Hazırda ərazidə təmir-bərpa işləri həyata keçirilir.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO