24 iyun 2026 15:30
99

Azərbaycanda çoxfunksiyalı qiymətləndirici portal yaradılır

Azərbaycanda qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi məqsədilə çoxfunksiyalı qiymətləndirici portal yaradılır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, portal qiymətləndiricilərin gördüyü işlərin qeydiyyatı, keyfiyyətə nəzarət, bazarın analitik təhlili və avtomatlaşdırılmış qiymətləndirmə modullarını özündə birləşdirəcək:

"Portal vasitəsilə qiymətləndirmə hesabatlarının beynəlxalq və milli standartlara uyğunluğu yoxlanılacaq. Layihə çərçivəsində böyük məlumat bazasının ("Big Data") formalaşdırılması da nəzərdə tutulur. Analoji platforma nə Avropada, nə də keçmiş SSRİ məkanında fəaliyyət göstərib".