24 iyun 2026 13:28
103

Bakı–Naxçıvan aviareysi ləğv edilib

Azərbaycan Hava Yollarının (AZAL) bu günə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

“İki sahil” xəbər verir ki,  AZAL-dan bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra olunmağa davam edəcək.

Xatırladaq ki, AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.