23 iyun 2026 19:38
102

Laçında növbəti əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.

“İki sahil” xəbər verir ki, aktiv məşğulluq tədbiri ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunub. 
 Yarmarkada minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib. Aktiv məşğulluq tədbirində iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.  

Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.