23 iyun 2026 16:15
80

Z.Meftahətdinova: "Əsl çempionluq sağlam seçimlə başlayır" - VİDEO

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Qida Təhlükəsizliyi Agentliyinin “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasına dəstək verib. “İki sahil” xəbər verir ki, tanınmış idmançı vətəndaşlara, xüsusilə gənclərə və peşəkar idmançılara müraciətində bildirib ki, qazanılan uğurların arxasında yalnız məşq prosesi deyil, ciddi nizam-intizam, sağlam həyat tərzi və düzgün seçimlər dayanır. 
Hazırda sosial şəbəkələrdə dövlət qeydiyyatından keçməyən müxtəlif idman qidaları və bioloji aktiv qida məhsullarının reklamı edilir. Bu cür məhsulların istifadəsi isə sağlamlıq üçün ciddi risklər yarada bilər. Z.Meftahətdinova bütün idmançıları, xüsusilə gəncləri tərkibi və təhlükəsizliyi yoxlanılmamış məhsullardan uzaq durmağa çağırıb.