Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
“İki sahil” yazır ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Abşeron çimərliklərində iyunun 22-də arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.