Rusiyanın Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində dörd nəfər həlak olub, altı nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram" kanalında yazıb.
"Təəssüf ki, dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - o açıqlayıb.
Fyodorovun sözlərinə görə, Rusiya qoşunları vilayətin mərkəzinə doqquz aviabomba atıb.
"The Independent"in jurnalistinə Trampın səfərini işıqlandırmaq qadağan edilib
Si Cinpin Çinin KXDR ilə strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu açıqlayıb