Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşdə Orta Dəhliz üzrə səylərin gücləndirilməsinin və marşruta əlavə yüklərin cəlb edilməsinin vacibliyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə İ.Kobaxidze Tacikistan Prezidenti ilə birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını ətraflı müzakirə ediblər.
İ.Kobaxidze bildirib ki, tərəflərin razılığı əsasında iqtisadi məsələlər üzrə hökumətlərarası komissiya yaradılıb və əməkdaşlığın bütün istiqamətlərdə inkişafı bu platforma çərçivəsində təmin olunacaq.
Gürcüstanın Baş naziri görüşdə nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivlərinin də müzakirə olunduğunu qeyd edərək, Orta Dəhlizin strateji əhəmiyyətinin xüsusi vurğulandığını deyib.
"Bu istiqamətdə səylərin gücləndirilməsinin və əlavə yüklərin cəlb edilməsinin vacibliyini qeyd etdik", – o vurğulayıb.