Qubada “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilir.
“İki sahil” xəbər verir ki, Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edən regional tədbir Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Abşeron, Sumqayıt, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan fermer və sahibkarlar iştirak edirlər.
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Vergi sistemində süni intellekdən istifadə çoxsaylı yeniliklər və üstünlüklər vəd edir