Əfqanıstanın paytaxtı Kabildə iyunun 16-da Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın nümayəndələrinin iştirakı ilə regional görüş keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə "ToloNews" Əfqanıstanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb. Bildirilib ki, tədbirdə Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın nümayəndələri iştirak edəcək. Görüşün gündəliyinə regional təhlükəsizlik və sabitlik, iqtisadi əməkdaşlıq, eləcə də regional qarşılıqlı bağlılığın genişləndirilməsi məsələləri daxil ediləcək.
Əfqanıstan XİN-dən qeyd edilib ki, tədbirin məqsədi regional qarşılıqlı fəaliyyətin gücləndirilməsi və region ölkələri arasında ticarət, tranzit və investisiyaların genişləndirilməsi imkanlarının öyrənilməsidir.
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Kim Çen In KXDR-də dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını tapşırıb