“Qarabağ”ın braziliyalı futbolçusu Mateus Silva sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.
“İki sahil” xəbər verir ki, onun Braziliyada dostu ilə birgə çəkilmiş fotosunun fonunda "Qarabağ"ın loqosu yer alıb.
Şəkildən görünür ki, tikilinin divarının bir hissəsində "Qarabağ"ın loqosu, bir tərəfində isə Braziliya millisini simvolizə edən təsvir var.
Silva paylaşımında yazıb: “Mükəmməl işinə və səmimi dostluğuna görə təşəkkür edirəm. Hər kəs sənin qoyduğun qədər gözəl iz buraxa bilmir. Tanrı səni qorusun və xeyir-dua versin, dostum!”

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib