04 iyun 2026 01:28
193

"PSJ-yə uyğunlaşmaq çox çətindir"

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike qarşıdan gələn transfer pəncərəsində Paris təmsilçisinin yürüdəcəyi strategiya barədə danışıb.

“İki sahil” xəbər verir ki, "Footmercato" nəşrinin məlumatına görə, ispaniyalı çalışdırıcı rəhbərliyin müəyyənləşdirdiyi xüsusi plana sadiq qalacaqlarını vurğulayıb:

"Bu, komanda üçün yeni bir səhifədir. Öz planımıza sadiq qalacağıq. Bizə çox sayda futbolçu lazım deyil, çünki PSJ-yə inteqrasiya olunmaq, bura uyğunlaşmaq çox çətindir. Gələcək üçün işləyirik, lakin tələsməyə heç bir əsas yoxdur. Əlimizdə daha çox seçim variantının olması üçün yeni oyunçulara ehtiyacımız olacaq, lakin unutmaq olmaz ki, hazırda da kifayət qədər yaxşı və güclü heyətə sahibik. Addımlarımızı yavaş, amma əminliklə atacağıq".