01 noyabr 2026 17:25
120

"Neftçi" “Şamaxı”ya qalib gəldi

Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” “Neftçi”ni qəbul edib.

“İki sahil”in məlumatına görə, yarışın 14-cü dəqiqəsində Qustavo Klisman hesabı açıb. 24-cü dəqiqədə Abdullahi Şuaybu bərabərlik qolunu vurub.49-cu dəqiqədə Breno Almeyda qonaqları yenidən hesabda önə çıxarsa da 64-cü dəqiqədə Ayman Bouali bərabərlik qolunun müəllifi olub.

Oyunda son qolu 75-ci dəqiqədə “Neftçi”nin futbolçusu Adeleke Akinyemi vurub. Nəticədə Bakı təmsilçisi səfərdə qələbəyə sevinən tərəf olub.

Misli Premyer Liqası

10-cu tur

1 noyabr (bazar)

15:00. “Şamaxı” 2-3 “Neftçi”

Qollar: Qustavo Klisman, 14 (0:1), Abdullahi Şuaybu, 24 (1:1), Breno Almeyda, 49 (1:2), Ayman Bouali, 64 (2:2), Adeleke Akinyemi, 75 (2:3)

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev, Kamal Umudlu (VAR), Vüsal Məmmədov (AVAR)

Şamaxı şəhər stadionu