Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.
“İki sahil” xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons, Zimbabve Senatının sədri Mabel Memori Çinomona, Parlamentlərarası İttifaqın yeni seçilmiş Baş katibi Anda Filip, təşkilatın vitse-prezidenti Qabriela Moravska-Stanetska, İcraiyyə Komitəsinin üzvü Karen Bredli və Büro sədri Sintia Lopez Kastro, Mərakeş Nümayəndələr Palatasının vitse-spikerləri – Nadia Tuhami və Zaina İd Hali, Mavritaniya parlamentinin sədr müavini Siham Nacem ilə görüşlərdə Qlobal Konfransın qadın parlamentarilər arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Söhbətlər zamanı çoxtərəfli platformaların önəmi vurğulanıb, beynəlxalq parlament təşkilatları çərçivəsində, həmçinin qanunvericilik orqanları arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir