Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasına səfərə gəlib.
“İki sahil”in məlumatına görə,"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyətini Minsk Milli Hava Limanında Belarus rəsmiləri, eləcə də Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev qarşılayıblar.
Səfərin ilk günü çərçivəsində nümayəndə heyəti Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində olub. Burada Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Nümayəndə heyəti Ticarət Evində nümayiş olunan məhsullarla tanış olub, onların Belarusda tanıdılması və satış perspektivləri ilə maraqlanıb.
Qeyd edək ki, S.Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarusa səfəri üç gün davam edəcək. Səfər çərçivəsində Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, eləcə də bir sıra yüksək səviyyəli görüşlərin təşkili nəzərdə tutulur.
İki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb