31 may 2026 20:49
94

Myanmada binada baş verən partlayışda 40-dan çox şəxs həlak olub

Myanmanın şimal-şərqindəki Namxam yaşayış məntəqəsində baş verən güclü partlayış nəticəsində azı 46 nəfər həlak olub, 74 nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edilib ki, partlayış dağ-mədən sənayesində istifadə olunan partlayıcı maddələrin saxlanıldığı iddia edilən binada qeydə alınıb.

"Hadisə yerinə gələn xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, dağıntılar altından altısı uşaq olmaqla, 46 nəfərin cəsədi çıxarılıb. Onun sözlərinə görə, xəsarət alan 74 nəfər tibb müəssisələrinə çatdırılıb", -agentlik qeyd edib.