31 may 2026 18:36
98

ABŞ-ın Türkiyədəki səfiri Trampın Suriya və İraq üzrə xüsusi elçisi olacaq

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak ABŞ Prezidentinin Suriya və İraq üzrə xüsusi elçisi təyin olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O bildirib ki, ABŞ Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Tom Barrak ABŞ-ın Türkiyədəki səfiri olaraq qalacaq və Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin tam dəstəyi ilə fəaliyyət göstərəcək.