31 may 2026 17:40
85

Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 1-dən 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, U-17 hazırlıq çərçivəsində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.