27 may 2026 23:10
68

Əks halda biz onları partlatmalı olacağıq - Tramp

“Hörmüz boğazına heç kim nəzarət etməyəcək”.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kabinetin iclasında İranın və Omanın qısamüddətli boğaza nəzarət etməsinə icazə verib-verməyəcəyi ilə bağlı suala cavabında deyib.

“Boğaz hər kəs üçün açıq olacaq. Bu, beynəlxalq sulardır. Heç kim buna nəzarət etməyəcək. Bu, apardığımız danışıqların bir hissəsidir. Oman da hamı kimi davranacaq, əks halda biz onları partlatmalı olacağıq. Onlar bunu başa düşürlər”, - deyə Tramp bildirib.