27 may 2026 21:58
71

Rubio: Yaxın saatlarda İranla razılaşmada irəliləyiş əldə oluna bilər

ABŞ yaxın saatlarda İranla razılaşmada irəliləyişə ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə iclas zamanı məlumat verib.

"Biz onun (sazişin - red.) bağlanmasını istəyirik. Hesab edirəm ki, müəyyən irəliləyiş və maraq var, və biz yaxın bir neçə saat və gün ərzində irəliləyişə nail olmağın mümkün olub-olmadığına baxacağıq", - o deyib.