27 may 2026 20:14
120

Putin Qazaxıstana səfər edib

Rusiya Prezidenti Vladimir Putin dövlət səfəri ilə Astanaya gəlib.

“İki sahil” xəbər verir ki, səfərin ilk günündə Rusiya liderinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə qeyri-rəsmi görüşü keçiriləcək.

Mayın 27-dən 29-dək Qazaxıstan tərəfinin dəvəti ilə baş tutan Putin səfəri Rusiya ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi, həmçinin Avrasiya inteqrasiyası və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunub. Bundan əlavə, Rusiya Prezidenti Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.