Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə ölkədə hava hücumundan müdafiə (HHM) sistemlərinin çatışmazlığı barədə məktub göndərib.
“İki sahil” "İnterfaks-Ukrayna" agentliyinə istinadla xəbər verir ki, bu barədə prezidentin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin məlumat verib.
"Bəli, ABŞ Prezidentinə və Konqresə, orada iki ünvan var", – Litvin jurnalistlərə müvafiq suala cavab verərək bildirib.