26 may 2026 18:24
140

TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır - Rubio

Cənubi Qafqaz danışıqları ötən ilin avqustun 8-də Vaşinqtonda möhkəmləndi.

“İki sahil” xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan ABŞ Dövlət Katibi Marko Rubio deyib.

O, Ermənistan xarici işlər iaziri ilə birlikdə TRIPP layihəsi üzrə sazişi paraflamaq üçün bir araya gəldiyini bildirib.

“Saziş bu tarixi yolun gerçəkləşdirilməsi, sülhün təşviqi və Ermənistanda və bütün regionda rifahın artırılması istiqamətində bu gün atılan ən böyük addımdır”, - deyə Rubio əlavə edib.