NATO mayın 26-dan iyunun 13-dək Bolqarıstanda "Strike back" (Zərbəyə cavab-Qeyd) hərbi təlimlərini keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində Bolqarıstan, Rumıniya, ABŞ, Türkiyə quru qoşunlarının bölmələri və NATO-nun çoxmillətli qrupu Xaskovo şəhəri yaxınlığındakı "Koren" poliqonunda döyüş atışlı taktiki təlim keçirəcək.
NATO texnikasını hərbi polis müşayiət edəcək.