20 may 2026 13:26
106

Federasiya Şurası xaricdəki Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadəni dəstəklədi

Rusiya Federasiya Şurası xaricdə təqib olunan Rusiya vətəndaşlarının müdafiəsi üçün silahlı qüvvələrin istifadəsinə dair qanunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədəd "Kommersant" məlumat yayıb. 

Dövlət Duması ötən həftə üçüncü oxunuşda "Müdafiə haqqında" və "Vətəndaşlıq haqqında" qanunlara düzəlişlər qəbul edib.

Qanuna görə, Rusiya silahlı qüvvələri prezidentin qərarı ilə Rusiyanın tərəf olmadığı və yurisdiksiyası beynəlxalq müqaviləyə və ya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmayan cinayət və ya digər məhkəmə qərarları ilə həbs edilən, saxlanılan və ya məhkəməyə verilən Rusiya vətəndaşlarını qorumaq üçün cəlb edilə bilər. Qanunun dərc edildikdən 10 gün sonra qüvvəyə minməsi planlaşdırılır.

Sənəd hökumət tərəfindən prezidentin göstərişi ilə hazırlanıb.