19 may 2026 14:58
147

Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib - Mikayıl Cabbarov

Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib.

“İki sahil” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan son 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirməyə nail olub.

“Şəhərlərin iqtisadi inkişafı ilə bağlantılılıq arasında güclü əlaqə yaradılmalı, bütün bu proseslərin mərkəzində isə insanların rifahının yüksəldilməsi dayanmalıdır”, - deyə o diqqətə çatdırıb.