Elm və təhsil naziri Emin Əmrullayev Londonda serbiyalı həmkarı Dejan Vuk Stankoviçlə görüşüb.
“İki sahil” xəbər verir ki, E. Əmrullayev "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
"Dünya Təhsil Forumu çərçivəsində Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşdük", - o qeyd edib.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
Dünya Təhsil Forumu çərçivəsində Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşdük.
— Emin Amrullayev (@EminAmrullayev) May 18, 2026
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edildi. pic.twitter.com/AZSfawsUIb