18 may 2026 15:46
99

Karvaxal "Real"da ayrılır

Altıqat UEFA Çempionlar Liqası qalibi Dani Karvaxal Madridin "Real" klubundan ayrılır.

“İki sahil” xəbər verir ki,  klubun mətbuat xidməti müdafiəçi ilə müqavilənin uzadılmayacağını açıqlayıb.

Klubun bəyanatında deyilir: “Real Madrid və kapitanımız Dani Karvaxal bu mövsümün sonunda möhtəşəm bir dövrü başa vurmaq barədə razılığa gəliblər. Klub dünya futbolunun və Real Madrid tarixinin ən böyük əfsanələrindən birinə minnətdarlığını və sevgisini bildirir.”

Həmçinin qeyd olunub ki, mayın 23-də İspaniya çempionatının son turunda "Atletil" Bilbao ilə keçiriləcək oyundan əvvəl futbolçunun şərəfinə xüsusi mərasim təşkil ediləcək.

34 yaşlı Dani Karvaxal Real Madrid akademiyasının yetirməsidir və 2013-cü ildən əsas komandada çıxış edir. O, klubun heyətində ümumilikdə 450 oyun keçirib və 14 qol vurub. Müdafiəçi Madrid təmsilçisi ilə birlikdə 26 titul qazanıb. Bunların sırasında altı dəfə Çempionlar Liqasının, dörd dəfə isə İspaniya çempionatının qalibi olmaq da var.

Karvaxal həmçinin İspaniya milli futbol komandası ilə 2024-cü ildə Avropa çempionu olub.