18 may 2026 00:38
121

"Neftçi"nin ulduzu karyerasını Türkiyə klubunda davam etdirəcək?

Türkiyənin "Bursaspor" klubu heyətini dünyaşöhrətli hücumçu ilə gücləndirmək niyyətindədir.

TFF 1-ci Liqaya yüksələn Bursa təmsilçisi "Neftçi"nin kamerunlu forvardı Vensan Abubakarı transfer etmək istəyir.

Super Liqa həsrətinə son qoymaq üçün güclü heyət qurmağı planlaşdıran "yaşıl-bəyazlılar" təcrübəli hücumçunu heyətinə qatmaqla iddialı layihəyə başlamağı hədəfləyir. Hazırda paytaxt təmsilçisi ilə 1+1 illik müqaviləsi olan 34 yaşlı hücumçunun cari sözləşməsi bu mövsümün sonunda başa çatır. "Ağ-qaralar"ın kamerunlu ulduzun müqaviləsini uzatmaq variantından istifadə etməyəcəyi barədə xəbərlər fonunda, Türkiyə klubunun bu keçiddə israrlı olduğu bildirilir.

Vaxtilə nəhəng klubların formasını geyinmiş ulduz futbolçunun hazırkı transfer qiyməti 700 min avro dəyərində qiymətləndirilir.

Fanat.Az