17 may 2026 20:02
162

MPL: “Zirə” “Sumqayıt”a qalib gəldi

Misli Premyer Liqasının 32-ci turunda "Zirə" "Sumqayıt"ı qəbul edib.

İki sahil”in məlumatına görə, 19-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Ruan Renato hesabı açıb. 45-ci dəqiqədə Aleksandr Ramalinqom “Sumqayıt”ın bərabərlik qolunu vursa da 90+8-ci dəqiqədə Ruan Renato növbəti dəfə penaltini dəqiq yerinə yetirərək özünün və komandasının ikinci qolunu vurub.

Yarış Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Misli Premyer Liqası,

32-ci tur

17 may (bazar)

18:00. “Zirə” 2-1 “Sumqayıt”

Qollar: Ruan Renato, 19-pen. (1-0), Aleksandr Ramalinqom, 45 (1-1), Ruan Renato, 90+8-pen. (2-1)

Baş Hakim: Cavid Cəlilov

Zirə İdman Kompleksinin stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”