17 may 2026 17:21
166

Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 17-si saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

“İki sahil” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Quba, Qrız, Şabran, Lerikdə yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.