Azərbaycan müxtəlif ölkələrdən nümayəndələri bir araya gətirərək davamlı inkişaf və qlobal şəhərsalma çağırışlarının müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən tailandlı nümayəndə Tavebhonq Viçaidit səsləndirib.
O qeyd edib ki, Azərbaycanın qlobal mənzil təminatı və davamlı inkişaf məsələlərinə həsr olunan WUF13-ə ev sahibliyi etməsi, eləcə də forum çərçivəsində müxtəlif tərəflər arasında aparılan geniş müzakirələr beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
T.Viçaiditin sözlərinə görə, burada irəli sürülən təşəbbüs və fikir mübadiləsi digər ölkələrin də mövcud çağırışlarla daha effektiv mübarizə aparmasına töhfə verəcək.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib