Su və sanitariya xidmətləri dayanıqlı urbanizasiyanın əsas dayaqlarından biridir. Bu xidmətlərin əlçatanlığının artırılması həm insanların həyat keyfiyyətinin yüksəldilməsi, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır.
“İki sahil” xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansının Assambleyasında (GWOPA) çıxışı zamanı deyib.
O bildirib ki, BMT-nin 2026-cı il Su Konfransı Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qlobal səylərin gücləndirilməsi üçün mühüm mərhələ olacaq.
“Hazırda dünyada mənzil, torpaq və əsas xidmətlərlə bağlı problemlər bir-biri ilə sıx bağlıdır. Təxminən 3 milyard insan qeyri-adekvat mənzil şəraitində yaşayır, 1 milyard insan isə gecəqondularda və qeyri-formal yaşayış məntəqələrində məskunlaşıb. Eyni zamanda, 2,1 milyard insan təhlükəsiz içməli suya, 3,4 milyard insan isə təhlükəsiz sanitariya xidmətlərinə çıxış imkanından məhrumdur”, - deyə icraçı direktor qeyd edib.
Anaklaudia Rossbax vurğulayıb ki, UN-Habitat təşkilatının yeni strategiyasında mənzil, torpaq və əsas xidmətlər prioritet istiqamətlər kimi müəyyən olunub: “Strategiyada su və sanitariya operatorlarının dayanıqlı şəhərləşmənin təməl elementlərindən biri kimi qiymətləndirildiyi diqqətə çatdırılıb”.
Kolumbiyalı mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün qlobal əməkdaşlıq platformasıdır
WUF13 çərçivəsində “Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması" mövzusunda panel təşkil olunub