17 may 2026 16:34
150

Niderlandlı tədqiqatçı: Su təchizatı və tullantı suları sistemlərinin idarəetməsi şəhərlərin davamlı inkişafı baxımından çox vacibdir

Bugünku tədbirdəki çıxışım əsasən su təchizatı və tullantı suları sistemlərinin idarəetməsinə həsr olunub ki, bu sahələrin təkmilləşdirilməsi şəhərlərin davamlı inkişafı baxımından çox vacibdir.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən niderlandlı tədqiqatçı Ceri Van Den Berge deyib.

Onun sözlərinə görə, su təchizatı və tullantı suları sistemlərinin idarəetməsi insanlara xidmət sahəsinə aid olduğu üçün burada maliyyələşmə dövlət tərəfindən olmalıdır, bu sahə özəlləşdirilməməlidir: "Çünki bu sahədə özəlləşmə kommersiya xidmətinə çevrilə bilər ki, belə olan halda daha çox gəlir əldə etməklə bağlı maraqlar yarana bilər”.

“Su təchizatı və tullantı suları sistemlərinin təkmilləşdirilməsi üçün bu sahədə işləyən əməkdaşların peşəkar bilik və bacarıqlarını daha da artırmaq, onlara təlimlər keçmək lazımdır ki, keyfiyyətli xidmətlər göstərə bilsinlər", - deyə o qeyd edib.