17 may 2026 16:00
150

Cənubi afrikalı mer: Azərbaycan şəhər infrastrukturunun inkişafında digər ölkələr üçün nümunə ola bilər

Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Cənubi Afrikanın Solobili yerli bələdiyyəsinin meri Kenalemanq Rozi Phukuntsi deyib.

O bildirib ki, iqlim dəyişikliyinin təsirləri nəzərə alınaraq qəbul edilən plan və qərarlarda dayanıqlılıq və iqlimədavamlı şəhərlərin qurulması əsas prioritet olmalıdır: “Beynəlxalq şəhərsalma forumları müxtəlif ölkələrin nümayəndələri və yerli hökumət rəhbərləri arasında təcrübə mübadiləsi üçün mühüm platformadır. Burada qəbul edilən qərarlar birbaşa icmalara təsir göstərir. Azərbaycan belə tədbirlərə ev sahibliyi etməklə şəhər infrastrukturunun inkişafı və dayanıqlılıq sahəsində mühüm rol oynayır və digər ölkələr üçün nümunə ola bilər”.