Mənzil məsələsi sürətlə böyüyən şəhərlərdə ən mühüm çağırışlardan biridir.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Rumıniyanın İnkişaf, İctimai İşlər və İdarəetmə Nazirliyinin nümayəndəsi Marin Tole deyib.
O qeyd edib ki, əhali üçün mənzilə çıxış imkanları və dayanıqlı yaşayış şəraitindən faydalanmaq asan deyil. Onun sözlərinə görə, ölkələr arasında təcrübə mübadiləsi və uğurlu nümunələrin paylaşılması vacibdir, çünki şəhərlərin üzləşdiyi problemlər çox sürətlə dəyişir.
Marin Tole vurğulayıb ki, sıx beynəlxalq əməkdaşlıq bu çağırışların öhdəsindən gəlməkdə mühüm rol oynaya bilər.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib