17 may 2026 12:40
170

“Çelsi”nin yeni baş məşqçisi məlum oldu

İngiltərənin “Çelsi” komandasının yeni baş məşqçisinin adı açıqlanıb.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə Xabi Alonso təyin olunub.

İspaniyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb. London təmsilçisində Liam Rosenyoru əvəzləyən çalışdırıcı yeni işinə iyulun 1-də başlayacaq.

Qeyd edək ki, Xabi Alonso son olaraq ölkəsində çalışıb. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər "Real Madrid"ə başçılıq edib.