17 may 2026 11:05
181

Anaklaudia Rossbax: Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətini tətbiq edib

Milli siyasətlər, şəhərsalma siyasətləri artıq geniş miqyasda əlaqələndirilmiş şəhərsalma aləti kimi təşəkkül tapmaqdadır.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı səsləndirib.

O bildirib ki, bunu 160 ölkə ya qəbul edib, ya da şəhər siyasəti çərçivələrini milli inkişaf strategiyalarına inteqrasiya edib. Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətini tətbiq edib və burada mənzillərin uyğunluğu, onların əlçətanlığı da xüsusilə vurğulanıb.

“Milli siyasətlər və dövlətlər könüllü olaraq hesabatlar dərc edib və burada yerli tədbirləri milli prioritet və qlobal öhdəliklərlə uzlaşdırıb. Burada münasib mənzillər də ən əsas məsələlərdən biridir”, - deyə icraçı direktor vurğulayıb.