Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pensiya ödənişlərinə ötən ilin eyni dövrünə nisbətən 10,5 % və yaxud 248 milyon manat çox - 2 milyard 608 milyon manat vəsait yönəldilib.
"İki sahil" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, mayın 1-nə pensiyaların orta aylıq məbləği illik müqayisədə 10 % artımla 594 manat, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manat olub.
4 ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş keçirilib
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici seminar keçirilib